Qeyri-rezidentin daimi nümayəndəliyinin ödəmə mənbəyində tutulan vergi azaldılıb
Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dəyişiklik edilib, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb.
“APA-Economics” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub. Bu qərar ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarında səhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşdırılması məqsədi daşıyıb. Bu ildən qüvvəyə minən dəyişikliklərə görə isə, rezident vergi ödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.
Oxşar xəbərlər
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
2025-ci ildə gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin edilib
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb
Bu il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
-
ABŞ Avropadakı hərbi birləşmələrinin sayını azaldıb
