İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələri üçün təlim keçirib
İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında Azərbaycanda həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə birgünlük təlim keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, təlim iştirakçılarına Azərbaycanda əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 %-dən çoxunu gənclər təşkil edir.
Media nümayəndələrinə həmçinin Fondun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. Bildirilib ki, indiyədək Fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər
İKZF-nin təşkilatçılığı ilə media nümayəndələri üçün təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 207 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondu sığorta müqavilələrinin sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 9 ayda 1 126 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













