Azərbaycanda 9 ayda 1 126 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb
Bu il oktyabrın 1-nə Azərbaycanda kirayə mənzil mexanizmi vasitəsilə 5 512 vətəndaş və yaxud ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1 126-sı bu ilin yanvar-sentyabr aylarının payına düşüb.
"Report" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Məlumata görə, satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik olmaqla, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Oxşar xəbərlər
Bu il kirayə üsulu ilə satılan mənzillərin sayı 1126-ya çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 207 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 207 "kirayə mənzil" satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 207 "kirayə mənzil" satışa çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












