Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerəşən yaşayış kompleksində daha 369 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.
"Report" Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22 oktyabrdan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi () və rəsmi Youtube kanalı (), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 522 kirayə müqaviləsi bağlanıb.
Oxşar xəbərlər
Azərbaycanda daha 207 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 207 "kirayə mənzil" satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 207 "kirayə mənzil" satışa çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 9 ayda 1 126 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












