KPMG: Bankların kibercinayətləri önləmək üçün xərcləri kibercinayətkarların vurduğu zərərdən çoxdur
sizinxeber.az xəbər saytı

KPMG: Bankların kibercinayətləri önləmək üçün xərcləri kibercinayətkarların vurduğu zərərdən çoxdur


Bankların kibercinayətləri önləmək üçün xərcləri kibercinayətkarların vurduğu zərərdən təxminən 3,5 dəfə çoxdur.

"Sizinxeber.az" xəbər verir ki, bunu KPMG beynəlxalq audit şirkətinin Qafqaz və Mərkəzi Asiyada kibertəhlükəsizlik xidmətləri üzrə direktor müavini Tolqa Öztürk Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, kibercinayətkarlıqda əsas hədəf yaşı 60-dan çox olan aşağı təhsilli insanlardır: "Bu şəxslər kibercinayətkarlığın qurbanı kimi daha çox ön plana çıxır".

KPMG rəsmisi qeyd edib ki, kibercinayətkarların 55 %-i 100 ABŞ dollarından az xərcləmələr həyata keçirir: "Kibercinayətkarlıqda "gift" kartlara daha çox diqqət yetirmək lazımdır. Bu kartların da izlənməsi daha çətindir".

Oxşar xəbərlər

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb
"Group-IB": Banklar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
Ölkənin audit bazarı 20 % böyüyüb
Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər