ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir
Rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir.
“Maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin daha da sürətləndirilməsi üçün bu layihələrin təhlili, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya habın yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Mərkəzi Bank tərəfindən innovasiya mərkəzinin yaradılması maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm rol oynayacaqdır. Ödəniş kartları bazarının inkişafı və əlverişli tarif siyasətinin tətbiqi məqsədilə yerli və xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil edilməli, mümkün ola biləcək sui-istifadə halları və bazara mənfi təsir effektləri məhdudlaşdırılmalıdır”- ABA sədri əlavə edib.
Oxşar xəbərlər
Zakir Nuriyev: Milli ödəniş sistemləri ilə əməliyyatların həcmi 606 mlrd. manata çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB: Banklar yaşıl keçidi dəstəkləmək üçün səylərini əsirgəməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn həftə Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












