Milli Məclisin sədri: Büdcənin prioritetləri Silahlı Qüvvələrin potensialının artırılması və Böyük Qayıdış olacaq
Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar sayəsində Azərbaycan regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, bu il iqtisadiyyatın əsas sektorlarında inkişaf müşahidə edilir: “Ölkəmiz yaşıl iqtisadiyyata keçidlə bağlı böyük layihələr həyata keçirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizdə əsas yerləri tutur. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır”.
Sahibə Qafarova qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir: “2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib”.
Oxşar xəbərlər
Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sahibə Qafarova ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












