Bu ilin sonuna DSMF-nin investisiya fəaliyyətindən gəlirləri 47.5 mln. manat proqnozlaşdırılır
Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin I yarımillik dövrü üzrə investisiya fəaliyyətinə əlavə 275 mln. manat vəsait yönəldib. Ümumilikdə 2024-cü ilin I yarısı üzrə investisiya gəlirləri 34,4 mln. manat həcmində olub. İnvestisiya üzrə fəaliyyətin sonuna gözlənilən gəlir isə 47,5 mln. manat səviyyəsindədir.
“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, Fondun 2024-cü ilin I yarısında investisiya fəaliyyəti üzrə dövlət zəmanətli istiqrazlarda 252,3 mln. manat, əks-repo əməliyyatlarında 0,5 mln.manat, bank depozitlərində isə 22,5 mln. manat vəsaiti olmuşdur. Müvafiq dövr üzrə investisiya üzrə gəlirlər dövlət zəmanətli istiqrazlar üzrə 31,3 mln. manat, əks-repo əməliyyatları üzrə 530,9 mln. manat, bank depozitləri üzrə isə 2,6 mln manat olub. 2024-cü ilin I yarısı üzrə investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı komissiya və xidmət haqqı, eləcə də bank xidmət haqqı kimi xərc edilmiş vəsaitin həcmi ümumilikdə 158,1 min manat təşkil edib.
Oxşar xəbərlər
Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HP: Növbəti il dövlət büdcəsinin qeyri-vergi gəlirləri 18.7 mlrd. manat proqnozlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin 7 ayında əhaliyə 5 milyard manatdan çox sosial ödənişlər edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-ci ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












