Nazir müavini: "Banklar kredit verəndə ekoloji məsələlərə diqqət yetirməlidir"
Azərbaycan bankları kredit verəndə iqtisadi amillərlə yanaşı, ekoloji məsələlərə də diqqət yetirməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda keçirilən, “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, hazırda maliyyə vəsaitlərinin ayrılması zamanı ekologi göstəriclərə nəzər yetirmək zəruri hala çevrilib: "Bu istiqamətdə addımlar təkcə karbon emissiyalarını azaltmayacaq, həm də Azərbaycanın iqtisadi dayanıqlılığını gücləndirəcək".
Nazir müavini əlavə edib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu sahədə vacib rol oynayacaq: "Azərbaycanın iqlim təşəbbüsləri göstərir ki, o, təkcə milli səviyyədə deyil, həm də qlobal miqyasda "yaşıl iqtisadiyyat"a keçiddə mühüm rol oynayır".
Oxşar xəbərlər
Nazir müavini: COP29-da Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri təqdim olunacaq
Muxtar Babayev: "Yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı dövlət dəstəyi ilə yeni imkanlar açılır"
Vüsal Şıxəliyev: "ESG standartları gələcək inkişaf strategiyaları hazırlamağa imkan verəcək"
Nazir Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












