"Mastercard" və ABB dayanıqlılıq hakatonuna başlayır
sizinxeber.az xəbər saytı

"Mastercard" və ABB dayanıqlılıq hakatonuna başlayır


"Mastercard" beynəlxalq kart təşkilatı və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında əməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün çağırış edən “Sustainability Sandbox Hackathon” virtual müsabiqəsinə start verilir.

Tədbir 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarının izlənməsi və ESG həllərinə köklənir.

Noyabrın 14-dən 18-nə qədər davam edəcək hakaton fintex innovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsil edən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr “Mastercard’s Sandbox as a Service” platforması üzərindən geniş auditoriyanın qarşısına çıxa biləcəklər.

“Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağa imkan verir, həmçinin Mastercard-ın hər kəsin öz potensialını aça biləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyini gücləndirir”, - Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirir.

Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabr tarixinədək bu link üzərindən qısa təkliflərini təqdim edə bilərlər. Daha ətraflı məlumat üçün: [email protected].

Oxşar xəbərlər

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTO
Bloomberg: Mastercard təxminən min işçisini ixtisar edəcək
Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek
Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər