“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTO
Mastercard Azərbaycan üçün ilk "Priceless" tədbirini elan edir. Artıq yerli Mastercard kart sahibləri eksklüziv təcrübələrlə tanış ola biləcəklər “Xan Wines” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir regionda istehlakçılar üçün yeni faydalar erasının başlanğıcını qoyur.
"Priceless" Mastercard-ın kart sahiblərinə qastronomiya, idman, əyləncə və səyahət daxil olmaqla çox sayda unikal təcrübələr təqdim edən qlobal platformasıdır. “Priceless.com” platforması təkcə əməliyyat üstünlükləri ilə kifayətlənmir, həmçinin Mastercard kart sahiblərinə bənzərsiz fürsətlərdən yararlanmaq imkanı verir.
Azərbaycanda bu platformanın təqdimatı “Priceless Specials” proqramı çərçivəsində 120-dən çox yerli məkanda endirimlər və 20-dən çox ölkədə 400-dən çox məkanda keşbek mükafatları təqdim edən “Mastercard Traveler” proqramına giriş kimi eksklüziv üstünlüklərlə başlayır. Bu tədbirlə birlikdə “Priceless.com” platforması tezliklə yalnız Mastercard kart sahibləri üçün eksklüziv tədbirlər və təcrübələr mərkəzinə çevriləcək.
“Unudulmaz xatirələr yaratmaq və Mastercard kart sahiblərinə xüsusi təcrübələr təqdim etmək məqsədilə “Priceless.com”u Azərbaycana gətirməkdən məmnunuq. Bu tədbir təkliflərimizi genişləndirmək və kart sahiblərimiz üçün unikal dəyər yaratmaq hədəfi ilə çıxdığımız yolun başlanğıcıdır”, Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.
“Priceless” platforması bank proqramları və veb-saytlara inteqrasiya edilərək istifadəçilərə eksklüziv təklif və imtiyazlara asan çıxış təklif edir. “Priceless.com”un Azərbaycanda işə salınan B2C tərəfi isə kart sahibləri üçün unikal təcrübələr yaratmaq məqsədilə yerli biznes və qlobal tərəfdaşlarla əməkdaşlığa əsaslanır. İndi hər an həqiqətən qiymətsizdir.
Oxşar xəbərlər
Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek
Bloomberg: Mastercard təxminən min işçisini ixtisar edəcək
Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək
"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
