Bloomberg: Mastercard təxminən min işçisini ixtisar edəcək
sizinxeber.az xəbər saytı

Bloomberg: Mastercard təxminən min işçisini ixtisar edəcək


Mastercard yenidən təşkilatlanma çərçivəsində mövcud olduğu 80-dən çox ölkədəki bölmələrində işçilərin 3%-ni və ya təxminən min nəfəri ixtisar etmək niyyətindədir.

Sizinxeber.az xəbər verir ki, bu barədə korporasiya nümayəndəsinin elektron məktubuna istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumatda ixtisar prosesinin böyük hissəsinin sentyabrın 30-da başa çatdırılması gözlənildiyi bildirilir.

Korporasiyanın işçi heyəti 2023-cü ilin sonunda 33 400 nəfər olub ki, onların da 67%-i ABŞ-dan kənarda işləyir.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər