AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib
sizinxeber.az xəbər saytı

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib


Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini 60 %, sığorta müqavilələrinin sayını isə 50 % azaldacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.

Onun fikrincə, yaranacaq boşluğu yaxın 3 il ərzində özəl sektor dolduracaq.

Xatırladaq ki, gələn ildən dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Taleh Kazımov: Dövlət sektorunda çalışanlarla bağlı dəyişikliklər həyatın yaşam sığortası üzrə yığımları 60% azaldacaq
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər - Eksklüziv
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər