Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün predansial tənzimləmə qaydalarını yeni redaksiyada təsdiqləməyi planlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, yenilənmiş qaydalarda bir sıra risklərlə əlaqədar yeni tələblər olacaq: "Düşünürük ki, risklərin yaxşı idarə edilməsi maliyyə dayanıqlılığına öz töhfəsini verəcək. Bundan başqa, BOKT-larda kredit risklərinin idarə edilməsi qaydası qəbul ediləcək. Bu qayda da kredit risklərinin qiymətləndirilməsi və monitorinqi məsələsini, eyni zamanda kreditlərin verilməsi ilə bağlı bir sıra tələbləri özündə əks etdirəcək".
Oxşar xəbərlər
AMB: Maliyyə sektorunda ən dinamik inkişaf BOKT-larda müşahidə edilir
Toğrul Əliyev: BOKT-larda kredit risklərinin idarə olunması üzrə yeni layihə hazırlanır
AMB: BOKT-lara qarşı risk menecmenti ilə bağlı tələblər dəyişəcək
Azərbaycan BOKT-ları pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər
Elçin Həbibov: “BOKT-lar yeni dövrə hazırlaşmalıdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
