Elçin Həbibov: “BOKT-lar yeni dövrə hazırlaşmalıdır”
Bank Olmayan Kredit Təşkilatları (BOKT) yeni dövrə hazırlaşmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Azərbaycan Kredit Bürosu”nun icraçı direktoru Elçin Həbibov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, BOKT-ların banklar qədər geniş imkanları olmasa da, öz baxışları və yanaşmaları var: “Uzun illər ərzində mikromaliyyə sahəsində topladıqları təcrübə bu təşkilatların əsas güclü tərəflərindən biridir və onlar bu təcrübədən istifadə edə bilərlər. Ölkədə bir neçə BOKT müəyyən məhsullar üzrə banklarla rəqabət aparır və bu sahədə tələbat mövcuddur".
E.Həbibov qeyd edib ki, BOKT-lar yeni dövrə hazırlaşmalı, həm investisiya, informasiya texnologiyaları, audit və digər sahələrdə inkişaf etməlidirlər: “Bu, o deməkdir ki, biz qabaqcıl Qərb ölkələrinin təcrübəsinə uyğun irəliləyirik. Burada iki model mövcuddur: BOKT-ların gələcək inkişafı ya məhdud bank kimi fəaliyyət göstərmək, ya da hazırkı formada davam etməkdir. Göründüyü kimi, biz məhdud bank olmaq istiqamətində irəliləyirik".
Oxşar xəbərlər
AMB: BOKT-ların aktivlərinin 1 milyard manatı ötməsi hədəflənir
Azərbaycan BOKT-ları pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər
AMFA: Azərbaycanda BOKT-ların maliyyə vasitəçiliyindəki rolu hələ də kiçikdir
AMB: BOKT-lara qarşı risk menecmenti ilə bağlı tələblər dəyişəcək
"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












