AMB: BOKT-ların aktivlərinin 1 milyard manatı ötməsi hədəflənir
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin 1 milyard manatı ötməsi hədəflənir.
"Sizinxeber.az" xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Hesab edirik ki, növbəti ilin sonuna qədər BOKT-ların aktivlərində 2 dəfə artım olacaq. Sektor aktivlərini artırmaqla yanaşı filial şəbəkəsini də genişləndirməkdədir. BOKT filiallarının sayı 302-yə çatıb. Onlar banklarla müqayisədə daha sürətlə genişlənir. BOKT-larda çalışan işçilərin sayı 3,5 minə çatıb, onların müştərilərinin sayı isə 700 mini keçməkdədir",- deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan BOKT-ları pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər
AMB: BOKT-lara qarşı risk menecmenti ilə bağlı tələblər dəyişəcək
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
AMB: Məsafədən kreditləşmə tənzimlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
