Azərbaycan və BƏƏ dayanıqlı inkişaf və iqlim maliyyəsi əməkdaşlığını gücləndirir
Azərbaycanın maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyə məsələləri üzrə dövlət naziri Məhəmməd Əl Hüsseini Dubayda keçirilən görüşdə iki ölkə arasında maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin Maliyyə Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Əl Hüsseini Azərbaycanın maliyyə naziri ilə görüşüb, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını, o cümlədən iki ölkə arasında 2024-cü ilin yanvarında imzalanmış maliyyə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsini müzakirə edib”, - paylaşımda qeyd edilib.
Bu sənəd dövlət büdcəsinin idarə edilməsi, maliyyə, İT sistemləri və dövlət borcunun idarə edilməsi də daxil olmaqla kritik sahələrdə əməkdaşlığa kömək edib.
KİV yazır ki, görüşdə BƏƏ ilə Azərbaycan arasında davamlı maliyyə və iqtisadi əlaqələrin mövcudluğu vurğulanıb. Hər iki tərəf davamlılıq, iqlimin maliyyəsi və iqtisadi inkişaf sahələrində əməkdaşlığın inkişafına sadiq olduqlarını bir daha təsdiqləyiblər.
“Əl Hüsseini qeyd edib ki, BƏƏ Azərbaycanla qurulmuş sarsılmaz münasibətlə qürur duyur. O, Azərbaycanın COP29-un ev sahibi kimi qarşıdan gələn rolunu vurğulayaraq bunu iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səyləri sürətləndirmək üçün mühüm fürsət kimi gözdən keçirib”, - məlumatda bildirilib.
S.Şərifov BƏƏ ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib, Bakının maliyyə sektorunda təcrübə mübadiləsində və ümumi prioritetlər üzrə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu qeyd edib.
Oxşar xəbərlər
BƏƏ ilə Azərbaycan dayanıqlı inkişaf və iqlimin maliyyəsi məsələləri üzrə əməkdaşlığı gücləndirir
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir
AMB-də sahibkarların maliyyəyə çıxış potensialının artırılması müzakirə olunub
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












