Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib
2050-ci ilə qədər Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya, Polşa, Serbiya və Ukrayna kimi ölkələrdə məktəb yaşlı əhalinin sayı 2022-ci illə müqayisədə minimum 25 % azalacaq.
“Report” bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya (ECA) regionunun iqtisadi perspektivlərinə dair “Daha güclü inkişaf üçün daha yaxşı təhsil” adlı hesabatına istinadən xəbər verir.
Albaniya, Ermənistan, Bolqarıstan və Kosovoda məktəb yaşlı əhalinin sayı ən azı 30 % azalacaq.
Hesabatda qeyd edilir ki, 2022-ci ildə ECA regionu əhalisinin təxminən 122 milyon nəfəri 20 yaşadək şəxslər olub. 2030-cu ilə qədər bu rəqəm 119 milyondan bir qədər aşağı düşəcək, 2050-ci ildə isə 14 % azalaraq 106 milyon nəfərə çatacaq.
“Orta göstəricilər regionun müxtəlif hissələrində əhəmiyyətli fərqləri gizlədir. Mərkəzi Asiya ölkələrində 2050-ci ilə qədər məktəb yaşlı əhalinin sayının artacağı, regionun qalan ölkələrində isə əhəmiyyətli azalmaların olacağı gözlənilir.
Uşaqların sayının azalması infrastrukturun izafiliyinə və şagird-müəllim nisbətinin aşağı olmasına gətirib çıxaracaq. Bundan əlavə, təhsilin keyfiyyəti problemi getdikcə aktuallaşır: son on ildə ECA-da təhsilin səviyyəsi aşağı düşüb. Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqatda (PIRLS) iştirak edən ölkələrdə (Azərbaycan, Bolqarıstan, Şimali Makedoniya, Polşa, Rusiya və Türkiyə) dördüncü sinif şagirdlərinin orta balı 2006-cı ildəki 547-dən 2021-ci ildə 518-ə düşüb. Bu azalma eyni dövrdə orta balın 542-dən 526-ya qədər azaldığı Aİ ölkələrinin göstəricisi ilə müqayisədə bir qədər yüksək olub.
Bənzər tendensiya 15 yaşlılar arasında riyaziyyat üzrə PISA qiymətləndirmə tədqiqatının nəticələrində də müşahidə olunur: ECA-da orta bal 2012-ci ildəki 441-dən 2022-ci ildə 427-yə enib. Bu, PISA üzrə orta balın 490-dan 475-ə qədər azaldığı Aİ-dəki göstəricilərlə müqayisə olunandır. Finlandiya və Polşada ən yüksək göstəricilər təxminən 30 bal aşağı düşüb – bu, bir-iki illik təhsilə bərabərdir (Avvisati və Givord 2021). ECA ilə Şərqi Asiyanın ən yaxşı ölkələri arasında riyaziyyat fənni üzrə təhsil səviyyələrindəki fərq 2012-ci ildəki 114 baldan 2022-ci ildə 117 bala yüksəlib ki, bu da dörd il yarımlıq təhsilə bərabərdir. COVID-19 pandemiyasından sonra ECA-da şagirdlərin müvəffəqiyyət dərəcəsi hətta ən yaxşı təhsil sisteminə malik olan region ölkələrində belə nəzərəçarpacaq dərəcədə pisləşib”, - Dünya Bankının hesabatında vurğulanıb.
Oxşar xəbərlər
Türkiyə əhalisinin sayı 2050-ci ildə 93 milyona çatacaq
Dünya Bankı 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
OPEC-in Baş katibi: Neft sənayesi 2050-ci ilə qədər 17,4 trilyon dollar investisiya tələb edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
