PA sektor müdiri: 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var
sizinxeber.az xəbər saytı

PA sektor müdiri: 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var


Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib.

“Bələdiyyələrin borcu problemi uzun illərdir var. Borcların böyüməsinin qarşısını alınıb, lakin əvvəldən qalan borclar hələ də var. 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın dövlətə borcu var. Bunların çoxu 3 ildən artıqdır ki, mövcuddur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq”, - deyə Fərid Əliyev bildirib.

Oxşar xəbərlər

PA rəsmisi: DSMF-yə 1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var
"Nobel" Sülh mükafatının laureatı məlum olub
Deputat: Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır
Azərbaycanda 1400 bələdiyyə birləşəcək, ölkədə 684 bələdiyyə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər