Azərbaycan və Qazaxıstan fond bazarının inkişaf perspektivini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Qazaxıstan fond bazarının inkişaf perspektivini müzakirə edib


"Bakı Fond Birjası" QSC (BFB) və Qazaxıstanın Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbər heyətləri arasında fond bazarının inkişaf perspektivi müzakirə edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Birjanın darə Heyətinin sədri Ruslan Xəlilov və Baş Kommersiya inzibatçısı Oqtay Qasımov, eləcə də Mərkəzin sədri Renat Bekturov və İnnovasiyalar üzrə Baş Direktoru Talgat Amanbayev iştirak edib. Görüşdə iki ölkənin kapital bazarlarının inkişaf perspektivləri, şirkətlər arasında təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətləri üzrə müzakirələr aparıb.

"Bu görüş ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından hər iki tərəf üçün əhəmiyyətli bir imkan yaradır", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
BFB: Bazarın inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq
"Bakı Fond Birjası" yeni elektron ticarət sistemini işə salmağa hazırlaşır
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər