Azərbaycanın investisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb
Azərbaycanın investisiya şirkətləri bu ilin I yarısında 4,4 milyon manat xalis mənfəət əldə edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % azdır.
"İnvestisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olub", - deyə hesabatda qeyd olunub.
Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirib. Belə ki, ötən ilin I yarımili ilə müqayisədə ROA göstəricisi 2,4 faiz bəndi azalaraq 1,9 %-ə, ROE göstəricisi isə 3,2 faiz bəndi azalaraq 9 %-ə düşüb.
“İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. Bu ilin I yarısının sonuna sektor üzrə məcmu kapital 46 milyon manat, tələb olunan kapital isə 5,2 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir", - deyə AMB bəyan edib.
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb
Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
