Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 943 milyon 791 min dollar dəyərində 51 179 ədəd avtomobil idxal olunub.
Bu barədə “Sizinxeber.az-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 9.8% və ya 5 587 ədəd azalıb, dəyəri isə 4.8% və ya 43.2 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 900 milyon 590 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 300 ədəd avtomobil artaraq 1792 ədəd təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan avtomobil idxalını 10 % azaldıb
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
