Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
sizinxeber.az xəbər saytı

Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq


Azərbaycanda inflyasiya 2024-cü ildə Azərbaycan Mərkəri Bankının (4±2%) hədəf diapazonuna yaxın olaraq qalacaq.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətindən bildirilib.

FS bu il üzrə ölkədə orta illik inflyasiyanın 2,5%, 2025-ci il üzrə isə 3,5% proqnozlaşdırdığını açıqlayıb.

"Fitch Solutions" analitikləri qeyd ediblər ki, orta illik inflyasiya bu ilin ilk dörd ayında 1,2%-ə enib. Azərbaycanın enerji ixracatçısı olması qlobal neft qiymətlərindəki dəyişikliklərin daxili yanacaq qiymətlərinə təsirini neytrallaşdırır. Bununla belə, qlobal inflyasiyadakı dəyişikliklər idxal kanalı vasitəsilə daxili iqtisadiyyata təsir edə bilər.

Oxşar xəbərlər

Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
Fitch: Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaldacağını gözləmirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər