Ötən ay banklar kreditlərdən 300 mln. manatdan çox qazanc əldə ediblər
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların kreditlər üzrə gəlirləri 897.8 milyon manat təşkil edib.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.1% və ya 168.7 milyon manat artıb.
Ötən ay banklar verilmiş kreditlərdən isə 304.4 milyon manat gəlir əldə ediblər.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın ümumi faiz gəlirləri 1 milyon 134.9 milyon manata, qeyri faiz gəlirləri 420.8 milyon manata bərabər olub.
Xatırladaq ki, 1 aprel 2025-ci il tarixinə bankların ümumi kredit portfeli 27 milyard 877.1 milyon manat təşkil edib ki, bununda 14 milyard 935 milyon manatı biznes kreditləri, 8 milyard 603.6 milyon manatı istehlak kreditləri, 4 milyard 338.5 milyon manatı isə ipoteka kreditləri olub.
Oxşar xəbərlər
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
"Bank Avrasiya"nın kredit və depozit portfeli azalıb - Hesabat
I rübdə fiziki və hüquqi şəxslər 300 mln. manata yaxın depozit gəliri əldə ediblər
"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat
Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
