Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb
sizinxeber.az xəbər saytı

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb


Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2023-cü ili 302 min manat mənfəətlə başa vurub.

“Report” Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 5 dəfə çoxdur.

Ötən il TKTA-nın əsas əməliyyat gəlirləri 1,626 milyon manat (illik müqayisədə 48,2 % çox), satışının maya dəyəri 1,296 milyon manat (27,9 % çox), sair əməliyyat gəlirləri 6,763 milyon manat (5,8 dəfə çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 5 min manat (25 % çox), işçi heyəti üzrə xərcləri 646 min manat (5,7 % az), amortizasiya xərcləri 50 min manat (9,1 % az), sair əməliyyat xərcləri isə 6,09 milyon manat (13,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə TKTA-nın aktivləri 6,127 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 46,4 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 2 dəfə azalaraq 5,417 milyon manata düşüb, balans kapitalı isə 74,2 % artaraq 709 min manata çatıb.

Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər