Azərbaycan Beynəlxalq Valyuta Fondundakı ehtiyatlarının bir hissəsini investisiya edib - EKSKLÜZİV
Azərbaycanın Beynəlxalq Valyuta Fondundakı (IMF) SDR (Xüsusi Borcalma Hüquqları) ehtiyatlarının bir hissəsi gəlir məqsədilə investisiya olunub.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, 37,62 milyon SDR və ya 49 milyon ABŞ dolları Mərkəzi Bank tərəfindən valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində əlavə gəlirlilik məqsədilə digər maliyyə alətlərinə investisiya olunub. Nəticədə, ölkənin IMF-dəki SDR ehtiyatlarının həcmi 451,49 milyon SDR-dən 413,87 milyon SDR-ə enib.
AMB vurğulayıb ki, valyuta ehtiyatlarının idarə olunması çərçivəsində ilk dəfə olaraq 2024-cü ildən etibarən SDR ehtiyatlarının investisiyasına başlanılıb. Bu yanaşma ehtiyatların daha səmərəli idarə olunmasına və əlavə gəlir imkanlarının reallaşdırılmasına xidmət edir.
Əlavə olunub ki, beynəlxalq bazarlarda əlverişli şərtlər yarandıqca, SDR vəsaitlərinin investisiyası təcrübəsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SDR (Special Drawing Rights – Xüsusi Borcalma Hüquqları) IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir. SDR real pul vahidi deyil, lakin üzv ölkələr tərəfindən ehtiyat aktiv kimi saxlanılır və lazım olduqda ABŞ dolları, avro, funt-sterlinq, yen və yuan kimi valyutalara çevrilərək istifadə oluna bilər. SDR-lər IMF tərəfindən üzv ölkələrə kvotaya uyğun şəkildə ödənişsiz təqdim olunur və bu vəsaitlər Mərkəzi Bankların valyuta ehtiyatlarının bir hissəsini təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb
“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanın strateji valyuta ehtiyatı 73,5 milyard dollara yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












