Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 8 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 9 milyard 526,6 milyon manat təşkil edib, bu da proqnozdan 2,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,3 % çoxdur.
"Sizinxeber.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 48,1 % olub.
I yarımildə neft-qaz sektorundan daxilolmaların 24 %-i və ya 2 milyard 286,1 milyon manatı vergi orqanlarının xətti ilə, 76 %-i və ya 7 milyard 240,5 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.
Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitlərinin 52,7 %-i və ya 1 milyard 203,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 39,2 %-i və ya 897,6 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 8,1 %-i və ya 184,6 milyon manatı isə ABƏŞ-in mənfəət vergisinin hesabına formalaşıb.
Oxşar xəbərlər
Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 5 %-yə yaxın artıb
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 2 %-dən çox artıb
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 6 %-dən çox artıb
Azərbaycanda 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












