“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq - FOTO
"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq.
"AzerGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev APA-ya bildirib ki, yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub.
Yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.
Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri - səkkizguşəli ulduzdur.
Ariz Tarverdiyev qeyd edib ki, “Laçın” sikkəsi "AzerGold"un istehsalı olan sayca 13-cü sikkədir və dövlət şirkətinin hasil etdiyi yerli qızıl və gümüşdən hazırlanacaq. Laçın qızıl və gümüş sikkələrinin yaxın zamanda ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
“AzerGold” QSC-nin qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub
“AzerGold”da yeni təyinat olub
“AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb
“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib - FOTO
“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












