“AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb
“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
“AzerGold”dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, cari ilin ilk 9 ayı ərzində QSC-nin rəsmi satış və mübadilə mərkəzində 2 582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35% artıma nail olunub. Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib.
Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11.4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% artım deməkdir.
Qeyd edək ki, “AzerGold” QSC yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa təqdim edib. Bu günə qədər 11 677 unsiya qızıl sikkə və külçə, 595 unsiya gümüş sikkənin pərakəndə satışı nəticəsində 44.2 milyon manat məbləğində gəlir əldə edilib.
Xatırladaq ki, QSC tərəfindən Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən 11 çeşiddə sikkə kolleksiyası istehsal olunub. Cari ildə Heydər Əliyev Fondunun yaradılmasının 20, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş, o cümlədən paytaxt Bakının ən qədim hissəsi - İçərişəhərin təsvirini özündə əks etdirən yeni qızıl sikkə kolleksiyaları ictimaiyyətə təqdim edilib.
Oxşar xəbərlər
Azərbaycanda ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib
“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
