"Bakı Fond Birjası" və Pakistan Fond Birjası əməkdaşlığı genişləndirir
sizinxeber.az xəbər saytı

"Bakı Fond Birjası" və Pakistan Fond Birjası əməkdaşlığı genişləndirir


"Bakı Fond Birjası" QSC (BFB) və Pakistan Fond Birjası (PSX) arasında kapital bazarlarında əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn görüş keçirilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, görüş ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış Memorandumun davamı olaraq həyata keçirilib və hər iki ölkənin kapital bazarları arasında əlaqələrin inkişafına töhfə verməyi hədəfləyib. Görüşdə hər iki ölkədən brokerlər və fond menecerləri bir araya gəlib. Bu, Pakistan və Azərbaycan arasında investisiya və biznes imkanlarının araşdırılması üçün dəyərli fürsət yaradıb.

Görüş zamanı ölkənin iqtisadi göstəriciləri, bazar strukturu, investisiya alətləri ətrafında geniş məlumat təqdim olunub, Azərbaycan və Pakistan birjalarının rəhbərləri kapital bazarlarında əməkdaşlığın əhəmiyyətini və strateji önəmini vurğulayıb. Əməkdaşlığın əsas istiqamətlərinə “Dual listinq”, birgə maliyyə məhsullarının hazırlanması, bazar əməliyyatları və qaydaları haqqında təcrübələrin mübadiləsi daxildir.

Görüşün əsas məqsədi Pakistan və Azərbaycan arasında kapital bazarlarında əməkdaşlığı gücləndirmək və hər iki ölkənin maliyyə sektorları arasında investisiya, bilik və təcrübə mübadiləsi imkanlarını araşdırmaqdan ibarətdir. Bu da seçilmiş sənaye iştirakçıları üçün yeni tərəfdaşlıqlar qurmaq və bazar inteqrasiyasını təşviq etmək imkanı yaradır.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramını yeniləyib
"Bakı Fond Birjası" və "J.P.Morgan" əməkdaşlıq təşəbbüslərini müzakirə edib
Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub
"Bakı Fond Birjası"nın dövriyyəsi 5 dəfəyə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər