Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub


Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Böyük Britaniyanın Lond Fond Birjasında (London Stock Exchange - LSE) ticarətə buraxılması müzakirə olunub.

"Report" bu barədə “Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, Birjanın nümayəndə heyəti Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Londona işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birgə LSE-də görüşdə iştirak ediblər. Görüşdə Azərbaycan şirkətlərinin LSE-də dual listinqə və xarici kapitala çıxışları imkanının araşdırılması, xarici investorların Azərbaycanın kapital bazarları ilə bağlı məlumatlılığının artırılması məqsədilə LSE-nin data və analitikasında yer alması müzakirə edilib. Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək, eyni zamanda yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaq.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
"Bakı Fond Birjası" və "J.P.Morgan" əməkdaşlıq təşəbbüslərini müzakirə edib
Azərbaycan və Qazaxıstan "yaşıl istiqraz"a dair təcrübə mübadiləsi apara bilər
Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib
Azərbaycan Mərkəzi Bankı "Bakı Fond Birjası"na xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər