Çin-Qırğızıstan-Özbəkistan marşrutu Azərbaycanın iştirakı ilə Avropaya tranzitin bir hissəsi ola bilər
Çin-Qırğızıstan-Özbəkistan marşrutu Azərbaycanı beynəlxalq dəmiryol layihəsində iştiraka cəlb edə blər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qırğızıstan Dəmir Yolları”nın baş direktoru Azamat Sakiyev bildirib.
"Qırğızıstanda həm Mərkəzi Asiya, həm də bütün dünya üçün əhəmiyyətli olan irimiqyaslı meqalayihə başlayıb. Söhbət Çin-Qırğızıstan-Özbəkistan marşrutundan gedir. Marşrut perspektivdə Türkmənistan, Azərbaycan, Türkiyə və daha sonra Avropaya gedən nəqliyyat dəhlizləri ilə inteqrasiya olunacaq. Ümumilikdə, marağı artırmaq, layihədə iştirak üçün biz bu marşrutu Azərbaycanda təşviq etməyi planlaşdırırıq", - o qeyd edib.
Onun sözlərinə görə, tikinti işərinə artıq başlanılıb:
"Layihə çərçivəsində işlərin təxminən 2030-cu ilə qədər tamamlanmasını və yolu istifadəyə verməyi planlaşdırırıq. İlk mərhələdə ötürücülük qabiliyyəti təxminən 5 milyon ton, daha sonra isə ildə 15 milyon tona qədər olacaq. Marşrutun unikallığı onun sürətindədir - Çindən Avropaya yüklərin çatdırılması cəmi yeddi gün çəkəcək".
A.Sakiyev çevik tarif siyasətinin Çin, Özbəkistan və Türkmənistan dəmir yolları ilə sıx əməkdaşlıq sayəsində mühüm rəqabət üstünlüyünə çevriləcəyini vurğulayıb.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Yeni dəmir yolu layihəsi - Orta Dəhlizə daha bir çıxış
Beknazar Bazaraliyev: "Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Aİ nəqliyyat dəhlizi tam fəaliyyətdədir"
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq"
Rövşən Rüstəmov: "Çin Orta Dəhliz ilə ildə 1 000 konteyner blok qatarı göndərəcək"
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
