Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanır
Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, işlərin növbəti ayın əvvəllərinə tam olaraq bitməsi nəzərdə tutulub:
“Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə bir yerdə çalışdığımız layihədir. Burada şəhərlərarası, rayonlararası marşrutlar və dəmir yolu stansiyası fəaliyyət göstərəcək”.
O qeyd edib ki, Ağdam-Xankəndi dəmir yolu xəttinin də layihələndirmə işlərinə başlanılıb:
“Bu il tikinti işlərinə də başlamaq fikrindəyik. Podratçı şirkət seçilib və mobilizasiya işləri davam edir. Bu, Ağdamdan Xankəndiyə qədər uzanan 27-28 kilometrlik dəmir yolu xəttidir. Biz əsasən mövcud dəhliz üzərindən dəmir yolu layihələndirilməsini davam etdiririk. 1979-cu ildə Xankəndiyə dəmir yolu xəttinin açılışı olub. Həmin istiqamətdə işləri aparırıq. Yalnız Xankəndi stansiyasının yerləşməsini bir qədər irəli, yəni şəhərin tam yaxınlığına qədər çəkmişik”.
Oxşar xəbərlər
Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb
Bərdə–Ağdam dəmir yolu xətti üzrə aparılan işlərin həcmi açıqlanıb
Ələt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ilə qədər tamamlanacaq
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
ADY Qarabağa sərnişin qatarlarının buraxılması məsələsinə aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
