Ələt Azad İqtisadi Zonası Azərbaycanın nəqliyyat dəhlizlərində strateji əhəmiyyətini artıracaq
sizinxeber.az xəbər saytı

Ələt Azad İqtisadi Zonası Azərbaycanın nəqliyyat dəhlizlərində strateji əhəmiyyətini artıracaq


Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.

APA-Economics” xəbər verir ki, İclasda iqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

İclasda Ələt Azad İqtisadi Zonasında investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, ərazidə reallaşdırılan layihələr, karqo hava limanının tikintisi üzrə görülən işlər müzakirə olunub.

Bildirilib ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonasının qısa zaman içərisində qurularaq investorların istifadəsinə verilməsi və beləliklə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməsi böyük önəm daşıyır. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.

Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artacaq.

Oxşar xəbərlər

Ələtdə inşa edilən karqo hava limanında görülən işlər müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələtdə karqo hava limanının inşasının yekunlaşması vaxtı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tatarıstanın rəisi Ələt Azad İqtisadi Zonasını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər