“Biletim.az” portalından Naxçıvandan Bakıya onlayn bilet almaq mümkün olub
sizinxeber.az xəbər saytı

“Biletim.az” portalından Naxçıvandan Bakıya onlayn bilet almaq mümkün olub


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  tərəfindən xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.

“Sizinxeber.az” AYNA-ya istinadən xəbər verir ki, bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.

Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.

“Biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Oxşar xəbərlər

Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib
AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edilib
AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır
"BakuBus" Bakı-Naxçıvan istiqamətində sərnişin daşıyacaq
Bayramda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 50 mindən çox sərnişin daşınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər