AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına yeni istiqamət əlavə edilib.
"Report" AYNA-ya istinadən xəbər verir ki, artıq sərnişinlər Sumqayıtdan Ağcabədiyə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.
Hazırda portala 68 istiqamət, 43 məntəqə, 283 reys olmaqla, 308 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.
Oxşar xəbərlər
Qarabağa getmək istəyənlərin nəzərinə! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağa avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağa avtobusla səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












