Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib
sizinxeber.az xəbər saytı

Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib


Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.

Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Oxşar xəbərlər

“Biletim.az” portalından Naxçıvandan Bakıya onlayn bilet almaq mümkün olub
"BakuBus" Bakı-Naxçıvan istiqamətində sərnişin daşıyacaq
AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edilib
Sumqayıt-Ağcabədi-Sumqayıt avtobuslarına onlayn bilet almaq mümkün olacaq
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər