Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
sizinxeber.az xəbər saytı

Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib


Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları təsdiq edilib.

Sizinxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qaydalar daşınma müqaviləsi və kommersiya sazişləri əsasında müəyyən haqq müqabilində sərnişinlərin, eləcə də sərnişin tərəfindən hava gəmisinin bortunda daşınan baqajın (o cümlədən əl yükünün, habelə yük və poçt göndərişlərinin) hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı müddəaları özündə ehtiva edir.

Bu Qaydalar sərnişinin, baqaj, yük və poçt göndərişlərinin müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşlar əsasında daxili və beynəlxalq hava daşımalarına tətbiq olunur.

Hava əlaqəsinə dair beynəlxalq müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyata alınmış daşıyıcılar tərəfindən kommersiya sazişləri bağlanıldığı halda bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə məlumat verilməlidir.

Oxşar xəbərlər

Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəmiryol nəqliyyatı ilə sərnişinlərin və yük-baqajın daşınması qaydaları təsdiqlənib, uşaqlar üçün güzəştlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qeyri-sabit hava şəraitinə baxmayaraq uçuşlar cədvələ uyğun həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL: Çoxlu saytda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər