Bakıda 3 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Sabah Bakıda 17, 24 və 211 nömrəli avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında (Albert Aqarunov küçəsi) təmir işlərinin aparılmasıdır.
Belə ki, aparılacaq təmir işləri ilə əlaqədar sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Bakıda 3 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda 5 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
