TDT-nın Baş katibi: "Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan çətinliklərlə üzləşir"
Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Omuraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.
"Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Türk Dünyasına Baxış 2040 strateji sənədimizə uyğun olaraq, TDT üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Ötən dövr ərzində TDT regionunda üzv dövlətlərin dəstəyi ilə ölkələrimiz arasında gömrük əməkdaşlığının gücləndirilməsi istiqamətində səylər göstərmişik. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli rəqəmsallaşdırılmasının başladılması ilə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik", - o vurğulayıb.
Oxşar xəbərlər
TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb
Türk dövlətlərinin 6 aylıq ÜDM-nin qlobal iqtisadiyyatdakı payı açıqlanıb
Şahin Bağırov: "Layihələrimiz TDT ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir"
TDT ölkələri kosmosda əməkdaşlıq edəcəklər
TDT-nin Baş katibi Qazaxıstan xalqını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












