Şahin Bağırov: "Layihələrimiz TDT ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir"
Azərbaycanın irəli sürdüyü, icra etdiyi regional və beynəlxalq layihələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın genişləndirilməsinə və möhkəmlənməsinə mühüm töhfə verir.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən TDT-nin Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın strateji-coğrafi mövqeyi onu vacib tranzit və logistika mərkəzinə çevirir.
"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın tranzit potensialını artırır, TDT ölkələrinin iqtisadi inteqrasiyasının dərinləşməsində mühüm rol oynayır", - deyə sədr qeyd edib.
Oxşar xəbərlər
Şahin Bağırov: Azərbaycan TDT-nin iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır
TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb
Tokayev: Orta Dəhliz Türk dünyasının iqtisadi rifahına töhfə verməyə davam edəcək
Rövşən Rüstəmov: "Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür"
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













