TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb
sizinxeber.az xəbər saytı

TDT-yə üzv ölkələrin gömrük sahəsində hədəfləri açıqlanıb


"Bir pəncərə" prinsipi Orta Dəhliz boyunca ticarət prosesinin daha səmərəli və şəffaf təşkil edilməsinə şərait yaradır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Administrasiyaları Rəhbərlərinin X iclasında bildirib.

"Mühüm layihələrdən biri "Sadələşdirilmiş gömrük dəhlizi"dir. Bu təşəbüs regionda ticarətin genişlənməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi üçün strateji əhəmiyyət daşıyır. Dəhlizin genişlənməsi mal və nəqliyyat daşımalarının daha qısa müddətdə həyata keçirilməsinə şərait yaradır. Tətbiq etdiyimiz "bir pəncərə" prinsipi isə mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında bir dəhliz boyunca hərəkət etməsinə, məlumatların elektron qaydada mübadiləsinə və əvvəlcədən təqdim edilən bəyannamənin tranzit səbəd kimi istifadəsinə şərait yaradır. Bu, regionda logistika potensialının artırılması kimi mühüm məqsədlərə xidmət edəcək", - deyə o qeyd edib.

Bundan başqa, Ş.Bağırov deyib ki, TDT-yə üzv ölkələr çərçivəsində qarşıda duran hədəflər vahid gömrük informasiya sisteminin yaradılması, ortaq risklərin idarə edilməsi mexanizmlərinin formalaşdırılması, elektron ticarət sahəsində innovativ texnologiyaların tətbiqidir: "Ümidvarıq ki, irəli sürülən təşəbbüslər üzv dövlətlər arasında ticarət dövriyyəsinin genişləndirilməsinə və gömrük əməkdaşlığının dərinləşməsinə, yeni layihələrin reallaşdırılmasına zəmin yaradacaq"

Oxşar xəbərlər

DGK sədri: Sadələşdirilmiş Nəqliyyat Dəhlizi regionda ticarətin genişləndirilməsində mühüm rol oynayır
Şahin Bağırov: "Layihələrimiz TDT ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verir"
TDT-nın Baş katibi: "Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan çətinliklərlə üzləşir"
OSJD prezidenti: "Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır" - EKSKLÜZİV
Şahmar Mövsümov: "Azərbaycan üzərindən tranzit daşımalar son 5 ildə 2,5 dəfədən çox artıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər