Bu il insanların qatarın qarşısına çıxması nəticəsində baş verən hadisələrin sayı açıqlanıb
Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib. Nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.
ADY-dən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir.
Qeyd olunur ki, ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.
"Qeyd edək ki, müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - məlumatda vurğulanır.
Oxşar xəbərlər
"Azərbaycan Dəmir Yolları": 11 ayda 16 toqquşma hadisəsi baş verib
Azərbaycanda bu il qatar qəzaları zamanı 11 nəfər ölüb
ADY: Bu il qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 11 nəfər dünyasını dəyişib
Keşlə-Biləcəri sahəsində orta yaşlı şəxs qəfil qatarın qarşısına çıxıb
Orta yaşlı qadın qəfil sürətli sərnişin qatarının qarşısına çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













