Orta yaşlı qadın qəfil sürətli sərnişin qatarının qarşısına çıxıb
Bu gün saat 18:05-də Bakı -Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Keşlə sahəsində hərəkətdə olarkən orta yaşlı bir qadın dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
Bu barədə “Sizinxeber.az-Economics”ə Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib:
“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".
"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır” - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Keşlə-Biləcəri sahəsində orta yaşlı şəxs qəfil qatarın qarşısına çıxıb
Bakıda dəmir yolunun qadağan olunmuş yerindən keçən qadını qatar vurub
ADY: Dəmir yolunun qadağan olunmuş hissəsindən keçən piyada xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
