AYNA: "BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb
sizinxeber.az xəbər saytı

AYNA: "BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb


Sosial mediada "BakıKart" adı altında saxta səhifələr açılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Agentlik bəyan edib ki, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

"Təhlükəsizliyinizi qoruyun:

• Rəsmi "BakıKart" səhifələrini izlədiyinizə əmin olun.

• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.

• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.

Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!

Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!", - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

AYNA: “BakıKart” mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib
AYNA: Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib
Kibercinayətlə bağlı qalmaqallı cinayət işi - Mikro kredit bazarının lideri olan "Azpulmat"ın tövsiyələri
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə - Açıqlama
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər