AYNA: Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib
sizinxeber.az xəbər saytı

AYNA: Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib


Azərbaycan vətəndaşlarının “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər",- deyə məlumatda qeyd edilib.

“BakıKart” mobil tətbiqi avqustun 9-dan işləmir.

Oxşar xəbərlər

AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə - Açıqlama
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə açıqlama
"BakıKart" tətbiqində yaranan problemlə bağlı
Bakıda daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq
Metroda gediş haqqını bu cür də ödəyə biləcəksiniz - Yenilik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər