AYNA: “BakıKart” mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib
“BakıKart” mobil tətbiq bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) keçirilən ictimai dinləmədə AYNA rəsmiləri qeyd edib.
Məlumata görə, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.
Həmçinin bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. "Bakı Metropoliteni"nin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.
Oxşar xəbərlər
AYNA: Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə - Açıqlama
AYNA-dan “BakıKart” tətbiqində yaranan texniki nasazlıq barədə açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
