“Azərbaycan Dəmir Yolları” yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib
“Azərbaycan Dəmir Yolları” (ADY )QSC rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib.
“Report” xəbər verir ki, bunu ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib.
O qeyd edib ki, ADY sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib. Bu yenilik sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və sənədlərlə işi sürətləndirib.
E.Əhmədovun sözlərinə görə, bu alət iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib: “Yeni tətbiq olunmuş rəqəmsal naryad sistemi ADY-də saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır. “ADY SMART” sistemində “Yük Əməliyyatları Xidməti” modulunda təqdim olunan bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etməyə, yük qaimələrini elektron şəkildə hazırlamağa, emal və maliyyə sənədlərini sürətlə qəbul etməyə, eləcə də sistem tərəfindən avtomatik hazırlanmış xidmət təriflərini əldə etməyə imkan verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edib, sistemdəki elektron kabinetlərində naryadın ayrılma prosesinin bütün mərhələlərini və statuslarını izləyə bilərlər”.
Oxşar xəbərlər
ADY saatlarla davam edən yük əməliyyatlarını 20 dəqiqəyə endirib
Azərbaycandakı bəzi dəmiryol stansiyalarında ödənişsiz “Wi-Fi” şəbəkəsi olacaq
Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiyası: əsas nailiyyətlər və təşəbbüslər - MÜSAHİBƏ
Asiya İnkişaf Bankı Azərbaycana dəmir yollarının inkişafı üçün 47 mln. dollar kredit ayırıb
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
