"Avrasiya Nəqliyyat Marşrutu” Assosiasiyasının yaradılması ölkələr arasında yükdaşımaları artıracaq
"Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması yeni nəqliyyat dəhlizinin və onun inkişafı üçün əlavə impuls verəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında Tacikistan Dəmir Yolları Dövlət Unitar Müəssisələrinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov çıxış edərkən deyib.
Onun sözlərinə görə, assosiasiyasının yaradılması ona iştirakçı olan ölkələr arasında yükdaşımaların artması üçün böyük imkanlar açacaq.
Sorbon Qulaxmadov qeyd edib ki, yükdaşımaların artması üçün nəqliyyat infrastrukturunun inkişafı və nəqliyyat marşrutlarının inkişafı vacibdir. Bu istiqamətdə Tacikistan öz səylərini əsirgəmir və inkişaf etdirir.
Oxşar xəbərlər
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq"
Bakıda Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib
ADY və “Özbəkistan Dəmir Yolları” Avrasiya Nəqliyyat Marşrutunun potensialını müzakirə edib
ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir
Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu iqtisadi artıma töhfə verəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













