Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası iqtisadi artıma töhfə verəcək"
sizinxeber.az xəbər saytı

Özbəkistan rəsmisi: "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası iqtisadi artıma töhfə verəcək"


"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması iqtisadi artıma və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Özbəkistanda nəqliyyat-tranzit potensialının genişləndirilməsi məqsədilə bütün şərait yaradılır. Ölkədə dəmir yollarının inşası və modernləşdirilməsin istiqamətində addımlar atılır. Bundan başqa, Özbəkistanda inteqrasiya edilmiş logistika mərkəzləri yaradılır, bu sahədə hüquqi-normativ bazanın təkmilləşdirməsi ilə bağlı tədbirlər həyata keçirilir", - deyə o qeyd edib.

Qonaq əlavə edib ki, "Özbəkistan Dəmir Yolları" "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasını dəstəkləyir: "Çünki bu, marşrutda iştirak edən ölkələrin dəmiryol administrasiyaları arasında əlaqələri gücləndirəcək".

Oxşar xəbərlər

Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY və “Özbəkistan Dəmir Yolları” Avrasiya Nəqliyyat Marşrutunun potensialını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı birgə fəaliyyətin şaxələndirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər